şah
şahanə
OBASTAN VİKİ
Audiovizual əsər
Audiovizual əsər — müvafiq maddi daşıyıcıya yazılmış, bir-biri ilə əlaqəli olub hərəkət təsəvvürü doğuran və müvafiq texniki qurğuların köməyi ilə görmə (eşitmə) qavrayışı üçün nəzərdə tutulan təsvirlər silsiləsindən ibarət (səslə müşayiət olunan, yaxud olmayan) kinematoqrafiya əsərləri və kinematoqrafiya vasitələrinə bənzər vasitələrlə ifadə edilmiş digər əsərlər (telefilmlər, videofilmlər, diafilmlər, slaydfilmlər, animsiya filmləri və sair). == Ədəbiyyat == Əliquliyev R. M., Ağayev N. B., Alıquliyev R. M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015. 145 s.
Baharistan (əsər)
Baharistan — Əbdürrəhman Caminin əsəri. "Baharistan" XIII əsrin məşhur didaktik şairi Sədi Şirazinin "Gülüstan"ına nəzirə olaraq 1487-ci ildə yazılmışdır. Bu zaman Caminin 73 yaşı var idi. Caminin əsərləri içərisində "Baharistan" xüsusi yer tutur. Cami əvvəlcə "Baharistan" tipli bir kitab yazmaq fikrində olmamış yalnız Sədinin "Gülüstan" kitabını oğluna oxuyaraq, "birdən" bu fikrə düşmüşdür. O, "Baharistan"ın müqəddiməsində yazır: "…İndiki ürəkaçan bir vaxtda, ürəyimin parçası oğlum Ziyaəddin Yusif ərəb dilini yenicə öyrənməyə, ədəb elmini təzəcə dərk etməyə başladığı bir çağda onu xatırlamaq istəyirəm ki, yeniyetmələr və zəhmətə alışmamış uşaqlar ürəklərinə yatmayan, ağılların çatmayan sözlər eşitdikdə qəlblərinə bir dəhşət, beyinlərinə bir vəhşət çökür. Onun başını qarışdırmaq, tədrisə alışdırmaq üçün mən bəzən məşhur şeyx böyük ustad Müsləhəddin Sədi Şirazinin ən qiymətli təbərrüklərindən — "Gülüstan"dan bir neçə sətir oxuyardım… Bu zaman birdən fikrimə gəldi ki… mən də bu səpgidə bir neçə sətir, bu üslubda bir neçə varaq yazım ki, hazırlar üçün bir dastan, qaiblər üçün bir ərməğan olsun" Cami fikirləşdiyi kimi də edir. Lakin nədənsə bu əsəri dövrünün hökmdarı Sultan Hüseynə ithaf edir. Halbuki müqəddimədən "Baharistan"ın məhz oğlu üçün yazıldığı açıqaydın görünür. "Baharistan" da "Gülüstan" kimi səkkiz fəslə ayrılır və onun hər fəslinə "rövzə", yəni "bağ" adı verilir.
Muğan (əsər)
Muğan — Azərbaycan SSR xalq şairi Səməd Vurğunun müəllifi olduğu poema. Əsər 1948-ci ildə yazılıb. Poemanın süjet xəttini Muğan düzündə böyük tikinti təşkil edir. Əsər lirik təhkiyəyə əsaslanan tərənnüm üzərində qurulmuş poemadır. Əsər romantika ilə dolu nəğmələr şəklində yazılıb. On doqquz nəğmədən ibarətdir. Səməd Vurğunun "Muğan" poeması Azərbaycanın təbiətinə həsr olunmuş ən gözəl poemalarından biridir. Muğan" poeması gecə-gündüz çalışan insanları tərənnüm edir. Ötən əsrin 20–30-cu illərində Muğanda başlanan təsərrüfat işləri, 40-cı illərdə Bozdağan ətəyinin yarılaraq Kür üzərində Mingəçevir su anbarının tikilməsi, buradan Muğana kanalın çəkilməsi, Muğanda pambıqçılığın inkişafı, kəndlərin abadlaşması əsərdə Vurğun ruhu ilə təsvir olunub. Hər nə qədər dövrün siyasi-ideoloji rənglərini daşısa da, şair ömrünün iki ilinə (1948–49) başa gələn poema Muğana həsr olunmuş poetik abidədir.
Nadanlıq (əsər)
Nadanlıq (əsər) — Nəriman Nərimanovun ədəbi irsi zəngindir. XX əsrin sonlarından onun dövri mətbuatda çoxlu felyetonları, ədəbi-tənqidi, elmi-publisist məqalələri, eyni zamanda, dram və nəsr əsərləri çap edilib. Teatrı geniş kütlələrlə sıx əlaqə saxlamaq üçün əsas vasitə hesab edən Nərimanov öz ürək sözlərini, fikirlərini geniş xalq kütlələrinə çatdırmaq niyyətilə "Nadanlıq", "Şamdan bəy", "Nadir şah" pyeslərini qələmə alıb. "Nadanlıq" komediyası Nəriman Nərimanovun dramaturgiya sahəsində ilk qələm təcrübəsidir. Yazıçı əsərin mövzusunu Tiflis quberniyasının Borçalı qəzasındakı Qızılhacılı kəndinin həyatından almışdır. "Nadanlıq" komediyasında yazıçı öz şəxsi mənafeyini ümumin xeyirinə qurban verən Məhəmmədağa və Ömər kimi maarifpərvər ziyalıları zülmət səltənətinə qarşı qoyur. İctimai həyat meydanına yenicə atılan Məhəmmədağanın və Ömərin köhnə feodal mühitinin mühafizəkar qayda-qanunlarına kəskin etirazı və yenilik uğrunda mübarizəsi komediyanın əsasını təşkil edir. Nərimanovun "Nadanlıq"da məqsədi "müsəlmanların" həyatına "bir zərrə qədər nəf" gətirmək idi. Əsərin əsas ideyası feodal həyatının köhnə adət və ənənələrinə, cəhalətə və nadanlığa qarşı mübarizədir. Yazıçı komediyada ictimai həyata və ailə-məişətə möhkəm daxil olan feodal əxlaq qaydalarının törətdiyi dəhşətli fəlakətlərin tipik lövhəsini yaratmışdır.
Pir (əsər)
Pir — Nəriman Nərimanovun nəsr yaradıcılığında öz orjinallığı və bədii dəyəri ilə xüsusi yer tutan povest. Əsər 1917-ci ildə Bakıda "Açıq söz" qəzetinin elektrik mətbəəsində kitabça şəklində dərc olunmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra "Pir" povesti rus, tatar, və Azərbaycan dillərində dəfələrlə kütləvi tirajlarla çap edilmişdir. Povestə Allah müqəddəs məbud kimi göstərilərək, bəzi dini ehkamlar tənqid edilir. Povestdə Şərq cəhaləti, avamlıq və din möhvumat sənətkarlıqla tənqid edilmişdir. Köhnə dünyaya qarşı kəskin etiraz və qəzəblə dolu olan bu əsərin hər səhifəsində yazıçı tərəfindən xalqın taleyi düşünülürdü. Məzlum Şərq xalqlarının qurtuluşunu inqilabi mübarizədə görən N. Nərimanov mövhumat, avamlıq və cəhaləti böyük ictimai fəlakət hesab edirdi. Yazıçı avam kütlələrə həyat hadisələrinə fəal münasibət oyatmaq üçün "Pir" povestində "müqəddəs" ziyarətgahları, ocaqları cəhalət və mövhumat yuvası kimi ifşa etmiş və bilavasitə şahidi olduğu həyat həqiqətlərini son dərəcə realist boyalarla, ümumiləşmiş şəkildə qələmə almışdır. Əsərdə ziyarətgahların müqəddəslik pərdəsi də məharətlə parçalanır, onların rəzalət, soyğunçuluq və riyakarlıq yuvası olması real təsvir edilir. Pir povestində bütün hadisələr bir ziyarətgah ətrafında, onunla bağlı cərəyan edir.
Sujetli əsər
Süjetli Əsərlərdə təsvir olunan əşyalar, onları əhatə edən mühit nə qədər əhəmiyyətli olsa da, burada başlıca rol insana məxsusdur. Kompozisiyada hər şey onun obrazının açılmasına xidmət edir. Görkəmli rus rəssamı İlya Repinin yaradıcılığında insan münasibətləri, əmək fəaliyyəti, gerçək və həyati xarakterlər realist sənətin ən yüksək zirvəsində təsvir edilmişdir. Repinin yaratdığı obrazlar qalereyası çox müxtəlif və genişdir.
Uşaqlıq (əsər)
Uşaqlıq (rus. Детство) – Lev Tolstoyun yazdığı ilk povest. İlk dəfə 1852-ci ildə Sovremennik jurnalının 9-cu sayısında nəşr olunmuşdur. Əsər bir çox oğlanın uşaqlıq dövründə yaşadığı utancaqlıq, ilk sevgi, ədalətsizlik kimi psixoloji təcrübələri əhatə edir. Əsər Tolstoyun 23 yaşı olarkən yayımlanmış və tez zamanda uğur qazanmışdır. Tolstoy bu əsərinin davamı kimi Yeniyetməlik və Gənclik əsərlərini qələmə almışdır.
Şah
Şah — Yaxın və Orta Şərqin bəzi ölkələrində və Dehli sultanlığında monarxın titulu. Şah titulu ilk dəfə Sasanilər dövlətində işlənməyə başlamışdır. Səfəvi dövlətində də hökmdar şah adlanırdı. İranda şahlıq devrilənədək şaha şahənşah deyilirdi. Şahbanu — şah arvadı, padşahın xanımı Şahzadə — şah oğlu və ya padşah ailəsindən olan şəxslərin övladlarından biri Padşah (farsca şahlar hökmdarı) titulu şahənşah və imperator titullarına uyğundur.
Dəmir Daban (əsər)
Dəmir daban — 1908-ci ildə Cek London tərəfindən yazılmış distopik novelladır. Cek Londonun sosialist görüşlərinin ən aydın şəkildə nümayiş olunduğu bir romandır. 25 fəsildən ibarətdir. == Əsas xüsusiyyəti == Məşhur fizik Kanninhemin qızı olan Evis sosialist Ernest Everqardia evlənməklə müasir cəmiyyətin iqtisadi əsslarını dərindən öyrənərək, fəhlələrin ağır vəziyyətini yüngülləşdirmək üçün əri ilə birlikdə amansız sərt mübarizə aparır. O, ABŞ-dakı oliqarxların hakimiyyətini "Dəmir daban" adlandırır. Romanda 1917-ci ilin payızı Çikaqoda üsyanın yatırılması zamanı törədilən məşhur qətliamın təsviri verilir. Cek Londonun "Dəmir daban" əsəri XX əsr Amerika inqilabçısı Evis Everqardın avtobioqrafik əlyazmasıdır. Roman milli bestseller kimi 1993-cü ildən sonra məşhurlaşdı. Bu əsərin üstünlük və nöqsanları barədə məşhur yazıçı Corc Uruell əsaslı fikirlər söyləmişdir. 1945-ci ildə o, roman haqqında oçerk dərc etdirərək əsərdə nəqletmənin zəifliyini vurğulamış və romanda rast gəlinən peyğəmbərcəsinə öncəgörmələri qiymətləndirmişdir.
Hacı Daşdəmir (Əsər)
Tatar çölü (əsər)
Tatar çölü — Dino Bussatinin 1940-cı ildə nəşr olunan romanı. 1949-cu ildə əsərin fransız dilinə tərcüməsindən sonra Bussatini dünyaca məşhur yazıçıya çevirmişdir. Roman həyatın mənasına və insanın taleyə boyun əyməsinə tamam başqa yönümdən nəzər salır. Əsər 2013-cü ildə Aslan Quliyev tərəfindən azərbaycan dilinə tərcümə olunmuşdur. Romanın qəhrəmanı gənc leytenant Droqo,ölkəsinin sərhədindəki qalalardan birinə göndərilir. Bastiani qalasında sıxıntılı günlər keçirən, əvvəlcə heç bir gün də qalmaq istəməyən leytenant Covanni Droqo burada ancaq dörd ay qala biləcəyinə qərar verir. Amma yaşadığı o dörd ayın hadisələri, hərbçi qüruru və Tatar çölünün vəhşi cazibəsi ayları illərə çevirir.
Çöl çiçəyi (əsər)
Səhra çiçəyi — Somaliyalı model Varis Diriein avtobioqrafiyası. Varis Dirie onu dünyalarca məşhur edən bu romanı yazmaq üçün nə təxəyyülünə güc verib, nə də başqalarının həyat hekayələrini soraqlayıb. “Səhra çiçəyi” müəllifin öz başına gələnlərdir: kəlməbəkəlmə, addımbaaddım yaşadıqlarıdır. Kitab Varis(səhra çiçəyi)adlı qızın həyatından yaşamaq uğrunda apardığı mübarizəni bütün çılpaqlığı ilə əks etdirir,onun həyatının başladığı Afrika səhralarından,köçəri həyatından, ailəsindən,Somalidə qadınlara,qızlara olan münasibətdən,və böyüdükcə fərqinə vardığı bəzi şeylərin zamanla onun içindəki mübarizəyə çevrilməsindən bəhs edərkən onu da qeyd etmək isyəyirəmki onun bu mübarizəsi heç də cavabsız qalmır və bu mübarizə sadəcə özü üçün olan savaş meydanına deyil bütün qadınlara yönəlir onunla eyni həyatı yaşayan,eyni uydurma adət-ənənə adıyla sünnət edilən bütün qadınlara görə mübarizəyə il ərzində 30 milyondan çox qız uşağının qadınlıqdan məhrum edilməsinə yönəlir! Kitabda məşhur Somali əsilli fotomodel V.Dirie Afrika səhralarından şöhrətin zirvəsinə uzanan həyat yolundan bəhs edir. Varis səhrada köçəri həyat yaşayan çoxuşaqlı bir ailədə dünyaya gəlir. Kiçik qız ilk zərbəni daha 3-4 yaşlarında zorlandığı zaman alır. Qabaqda isə onu daha böyük bir sınaq gözləyirdi - sünnət. 7 yaşlı qızın cinsi orqanların kəsilib tikilməsi və bunların baş verdiyi şərait insanı dəhşətə gətirir. Daha uzun illər qənc qız bu vəhşiliyin əziyyətini çəkir.
Fətəli şah
Fətəli şah Qacar (1771, Damğan, Simnan ostanı – 23 oktyabr 1834, İsfahan) — Qacar şahı. Əsl adı Baba Xan olub İranda hökm sürən Qacar ​​Xanədanının banisi Ağaməhəmməd şahın qardaşı Hüseynqulu xan Qovanlı-Qacarın oğludur. Əmisi Ağaməhəmməd şah Qacar uşağı olmadığı üçün onu vəliəhd təyin etdi və Fars, Kirman, Yəzd əyalətlərinə vali olaraq göndərdi. Baba Xan əmisi öldürülüncə Farsdan Tehrana gəldi və Fətəli şah adıyla hökmdarlığını elan etdi. Taxta ən yaxın dəstək ordunun böyük bir hissəsi üzərində hakim olan Hacı İbrahim xandan gəldi. Əvvəl 1801-ci ildə Xorasan xanlarını özünə bağlayaraq səltənətini sağlamlaşdıran Fətəli şah çox keçmədən İngiltərə, Fransa və Rusiyanın at oynatdıqları bir rəqabət meydanına çevrilən İranda bəzən bunlardan birinə, bəzən da digərinə dözmək surətiylə varlığını davam etdirdi. Bu rəqabətdən, Fransa və Rusiyanın əməllərinin reallaşmasını önləmək və özləri üçün böyük bir təhlükə olaraq gördükləri əfqanları İranın nəzarəti altında tuta bilmək üçün böyük səy göstərən İngiltərə qazanclı çıxdı. 1801-ci ildə Britaniya və İran arasında siyasi və ticarət müqaviləsi imzalandı. == Həyatı == Baba xan (əsl adı Fətəli xandır. Ulu babasının şərəfinə adlandırılıb) 1769-cu (hicri 1185-ci) ildə Astrabadın Siyahçalında dünyaya gəlib.
Kirman şah
Kirmanşah — Kirman Səlcuqlu hakimi və Qavurd bəyin böyük oğlu. Şahzadəlik dövründə atası ilə Sistanın fəthində iştirak etmişdi.Hakimiyyətdə cəmi 1 il qalmış vəfat edib yerinə Sultanşah təyin edilmişdi.
Miran şah
Cəlaləddin Sultan Miranşah mirzə (1366 – 21 aprel 1408, Təbriz) — Teymurlu sultanı. Cəlaləddin Miranşah bir az da dağıdıcı xasiyyətinə görə tarixin yadında qalıb. 1396-cı ildə Sultaniyyə şəhəri Əmir Teymurun oğlu Miranşah tərəfindən viran qoyulmuşdur. Nəimi, Şəhabəddin Fəzlullah Təbrizi Astabadi (təqribən 1339–40-1402-ci illər) — mütəfəkkir, şair. Orta əsrlərdə Yaxın və Orta Şərqdə geniş yayılmış hürufilik təriqətinin əsasını qoymuşdur. Hürufiliyin fəlsəfi əsasını təşkil edən ardıcıl panteizmin başlıca müddəalarını "Cavidani-Səğir", "Məhəbbətnamə", "Ərşnamə" traktatlarında, qismən "Novmnamə" ("Yuxular haqqında") əsərlərində və "Divan"ında şərh etmişdir. Başlıca əsəri "Cavidani-Kəbir"dir ("Cavidannamə")-Hürufilər Allahın Fəzlullahda təcəssüm etdiyinə, onun Allahın timsalı kimi yerdəki ədalətsizliyi aradan qaldıracağına inanırdılar. Mənbələrdəki məlumatlara görə hürufiliyi təbliğ etdiyi və hakim dairələrə qarşı kəskin siyasi mübarizə apardığı üçün Teymurlular Nəimini Əlincə qalasına qədər təqib etmiş, Əmir Teymurun əmri ilə onun oğlu Miranşah tərəfindən tutulmuş və Əlincə qalasında edam edilmişdir. Əmir Teymurun oğlu Miranşah mirzə Fəzlullah Nəimini Əlincə qalası yaxınlığında öldürtdürəndən sonra hürufilərə qarşı ardıcıl təqiblər həyata keçirilib, ələ keçənlər amansızcasına qətl ediliblər. Sağ qalan Nürufilər təğyiri-libas olaraq müxtəlif Şərq ölkələrinə üz tutublar, əqidələrini yayıblar".
Müzəffərəddin şah
Müzəffərəddin şah Nasirəddin şah oğlu Qovanlı-Qacar (23 mart 1853, Tehran – 3 yanvar 1907, Tehran) — İran şahı (1896–1907). Nəsrəddin şahın oğlu. Qacarlar sülaləsindəndir. Uzun müddət Azərbaycan valisi olmuş və Təbrizdə yaşamışdır. Müzəffərəddin şahın dövründə İranın xarici ölkələrdən asılılığı daha da güclənmiş, aclıq və narazılıq artmış, inqilabi hərəkatın başlanmasına zəmin yaranmışdı. Xalq kütlələrinin təzyiqi ilə 1906-cı ildə İran tarixində ilk dəfə olaraq məclis çağırılması haqqında qərar verməyə məcbur olmuşdu. Yerinə oğlu Məhəmmədəli şah hakimiyyətə keçmişdi. Müzəffərəddin şah Nasirəddin şah oğlu 25 mart 1853-cü ildə Təbriz şəhərində anadan olmuşdu. Saray təlim-tərbiyəsi almışdı. 1861-ci ildə Cənubi Azərbaycan əyalətinin valisi olmuşdu.
Məhəmməd Şah
Məhəmməd Şah (17 avqust 1702 və ya 7 avqust 1702, Fatehpur-Sikri – 26 aprel 1748 və ya 16 aprel 1747, Qırmızı Qala və ya Dehli) — Böyük Moğol İmperiyasının XIII padşahı.
Məhəmmədqulu şah
Məhəmmədqulu şah - İbrahimqulu şahın oğlu, Qütbşah və Qolkonda hökmdarı, şair. 1565-ci ildə dünyaya gəlmişdi. İbrahimqulu şahın üçüncü oğlu idi. Anası Əhmədnaqar sultanı I Hüseyn Nizam şahın qızı idi. 15 yaşında taxta gətirilmişdi. İmam Əli ibn Əbu Talibin şərəfinə adını verdiyi Heydərabad şəhərini İsfahandan ilhamlanaraq salmışdı. Lakin başqa mənbələr həyat yoldaşının şərəfinə olduğunu deyir. Hakimiyyətə gələndə hələ Vicayanaqar imperiyasının qalıqları ilə mübarizə aparmalı idi. Atasının siyasətini davam etdirən Məhəmmədqulu 1586-cı ildə Andranı işğal etdi. Penukondanı özü mühasirəyə almışdı.
Məhəmmədəli şah
Məhəmmədəli şah Qovanlı-Qacar (21 iyun 1872, Təbriz, Qacar dövləti – 5 aprel 1925, San-Remo, İtaliya krallığı) (fars. محمدعلی شاه قاجار‎) — İran şahı, Müzəffərəddin şahın oğlu Məhəmmədəli mirzə Müzəffərəddin şah oğlu 1872-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Saray təhsili almışdı. Etizadülmüzəffər ləqəbi almışdı. Anası Ümmül Xaqan dövrünün məşhur əxlaqsız qadınlarından biri idi. Məhəmmədəli mirzə Təbrizin valisi idi. Anasının əxlaqsızlığı onun özünə də az təsir etməmişdi. O, hələ Təbrizdə vəliəhd olduğu vaxt cinayətlər və əxlaqsızlıqlar etmişdi. Onun bütün bu cinayətlərinə son qoymaq üçün təbrizlilər üsyana da əl atmışdılar. 1906-cı ilin sonlarında atası Müzəffərəddin şahın xəstəliyi gücləndi.
Nadir Şah
Nadir şah Əfşar (fars. نادر شاه‎; Nâdir şâh) 22 oktyabr 1688 və ya 6 avqust 1698, Dərgəz, Səfəvilər – 19 iyun 1747, Qoçan, Əfşarlar imperiyası) — Əfşar imperiyasının şahı (1736–1747) və Əfşarlar sülaləsinin banisi. Tarixdə, həmçinin Nadirqulu bəy və Təhmasibqulu xan adları ilə də tanınır. Hərbi nailiyyətlərinə görə bəzi tarixçilər ona "Şərqin qılıncı", "Şərqin Napoleonu" və "İkinci Makedoniyalı İsgəndər" kimi ləqəblər veriblər. Napoleon Bonapartın özü isə Nadir şaha heyran qalırdı, o, Fətəli Şah Qacara yazdığı məktubda Nadiri tərifləyir və özünü "İkinci Nadir" hesab edirdi. Nadir şah 1689-cu ilin noyabrında (bəzi mənbələrdə bu tarix 1688-ci il kimi verilmişdir) Xorasan vilayətinin Dərgəz mahalının Dəstgird kəndində köçəri maldarlıq ilə məşğul olan bir ailədə dünyaya gəlmişdir. Tarixçilər bu məşhur sərkərdənin hələ uşaq yaşlarından diribaş, hazırcavab, fərasətli və bacarıqlı olmasını qeyd edirlər. XVII əsrin sonu — XVIII əsrin əvvəllərində Səfəvilər dövləti qorxunc bir iqtisadi və siyasi böhran keçirirdi. Ölkənin mərkəzi və şərq hissəsi əfqanların işğalı altına düşmüşdü. Azərbaycan, Şirvan və bunlarla həmsərhəd ərazilər Osmanlı imperiyası tərəfindən işğal olunmuşdu.
Nasirəddin şah
Nəsirəddin şah Qacar (tam adı: Nasirəddin şah Məhəmməd şah oğlu Qovanlı-Qacar; 16 iyul 1831, Təbriz – 1 may 1896[…], Tehran) — İran şahı. 17 iyul 1831-ci ildə Təbriz yaxınlığındakı Kuhnemirdə anadan olmuşdur. Atası Qacar ​​Xanədanının üçüncü hökmdarı Məhəmməd Mirzə Şah, anası yenə Qacar ​​xanədanına mənsub Məlikcahan xanımdır. Beş yaşında vəliəhd təyin edilən Nəsirəddin şah 1847-ci ildə əmisinin yerinə Azərbaycan canişini oldu. Atasının vəfatından sonra Mirzə Tağı xanın dəstəyi ilə Təbrizdə hökmdar elan edildi. 1848-ci ilin oktyabr ayında Təbrizdən paytaxt Tehrana gedən Nəsirəddin şahın ilk icraatı Mirzə Tağı xanı Atabəyləri-i əzəm ünvanıyla sədarət mövqeyinə gətirmək oldu. Taki Xanın üsyan və qarışıqlıqlar içində çalxalanan ölkədə mərkəzi nüfuzu hakim qılmağı bacararaq Şahın gücünü artırdı, Digər tərəfdən Nasirəddin Şah Xivə və Buxara xanlığına reallaşdırdığı səfərlərdə qazandığı uğurlardan sonra Nəsrəddin şah özünü Nadir Şah, Napoleon və Böyük Pyotr kimi böyük hökmdarlarla eyni səviyyədə görməyə başladı. Ancaq Heratın ələ keçirilməsinə istiqamətli əsgəri hərəkatın, müstəmləkəsi Hindistan ilə İran və Rusiya arasında tampon bir ölkə yaratmaq istəyən İngiltərə tərəfindən maneə törədilməsi Nəsirəddin Şahı güc vəziyyətdə buraxdı. Şəhər İngilislərin əlindədir. Şah, İngiltərə ilə 4 mart 1857-ci ildə imzalanan Paris sülh müqaviləsinə əsasən Əfqanıstanı tanıdı və Herat üzərindəki haqqlarından imtina etdi.
Rza şah
Rza şah Pəhləvi (fars. رضا پهلوی‎; 15 mart 1878, Alaşt, Mazandaran ostanı – 26 iyul 1944, Yohannesburq, Transvaal[d]) — İran şahı (1925–1941), Pəhləvilər sülaləsinin banisi. Əhməd şah Qacarı devirib Pəhləvi xanədanını qurmuşdur. Onun qurduğu Pəhləvi rejimi sekulyarist, milliyyətçi, militarist və anti-kommunist rejimdir. Rza Xan 1878-ci il martın 15-də Mazandaran əyalətinin Savadkuh şəhərindəki Alaşt kəndində anadan olmuşdur. Atası Abbas Əli (1815–1878) Savadkuhda polkovnik idi. Anası Nüşafarin Zəhra Qafqazlı immiqrant idi. Rza Xanın babası Murad Əli Xan bir əsgər idi və 1848-ci ildə Herat mühasirəsində həyatını itirdi. Murad Əli Xanın 7 oğlu var idi. İlk oğlu Çıraq Əli Tehranda yaşamış və orduda xidmət etmişdir.
Əşrəf şah
Mir Əşrəf şah Xotəki (1700, Qəndəhar vilayəti, Səfəvilər – 1730, Bəlucistan, Səfəvilər) — Hotaki sülaləsindən İranın ikinci şahı. Əşrəf şah Mir Əbdüləziz xan Xotəkinin oğludur. 1700-cü ildə Qəndəhar şəhərində anadan olmuşdu. 1724-cü ildə Mahmud şah dəli oldu. Əfqanlar onun əmisi oğlu Əşrəf xanı taxta çıxardılar. Çünki Osmanlı sarayı həm Təhmasiblə, həm də Mahmudun əvəzinə taxta çıxmış Əşrəflə münasibətlərin birdəfəlik korlanmasını istəmirdi.Osmanlı sarayı müsbət cavab verilmədiyi halda Təhmasibin Rusiyaya yaxınlaşacağından da ehtiyat edirdi. Ona görə Osmanlı sarayı Rusiya tərəfini xəbərdar etməklə II Şah Təhmasibin yanına öz səfirini göndərdi. Amma bu səfirin apardığı müzakirələrin bir nəticəsi olmadı. Təhmasiblə bərabər, Əşrəf də Osmanlı dövləti ilə əlaqə yaratmağa çalışırdı. Çünki Əşrəf yaxşı anlayırdı ki, bölgənin güclü dövləti və qərbdən ölkənin həmsərhəd olduğu Osmanlı dövləti ilə anlaşma əldə edə bilməsə şahlığının ömrü də uzun olmayacaqdır.
Şah (dəqiqləşdirmə)
Şah — Yaxın və Orta Şərqin bəzi ölkələrində və Dehli sultanlığında monarxın titulu. Şah (şahmat termini) — Şahmat termini. Şah (şahmat) — Şahmat fiquru.
Şah (şahmat)
Şah — (Unicode: ♔♚) Şahmat fiquru. Şah (qalaqurmadan başqa) öz xanasından rəqib fiqurunun zərbəsi altında olmayan başqa qarışıq xanaya hərəkət edir. Şahın topun hərəkəti ilə tamamlanmış hərəkəti qalaqurma adlanır. Bu, şah üçün bir gediş sayılır. Əgər şah və top qalaqurmaya qədər hərəkət edibsə, onda qalaqurma etmək olmaz. Qalaqurma aşağıdakı vəziyyətdə müvəqqəti olaraq mümkün deyil: a) Şahın olduğu xana və ya keçmək istədiyi xana rəqib fiqurunun zərbəsi altındadırsa; b) Şah və top arasında digər fiqurlar varsa; c) Şah verilmişsə. Rəqib fiqur şah verdikdə qalaqurma rəqibin şah verməsindən qurtulanadək olarak gerçəkləştirilə bilməz. Əgər şahdan qurtulmaq üçün şah fiqurunun özü hərəkət etmişsə, bu zaman artıq qalaqurma etmək mümkün deyildir. Şahmat Vəzir (şahmat) Top (şahmat) Fil (şahmat) At (şahmat) Piyada (şahmat) Daimi şah (şahmat) Fiqurların qarşılıqlı əlaqəsi (şahmat) Azər Zeynallı, Pərviz Əliyev, "Şahmat aləminə səyahət", Bakı, "İşıq", 1986, səh. 8.